İsrail ordusu Livanda “Hizbullah” mövqelərinə zərbə endirib

İsrail ordusu Livanda “Hizbullah” mövqelərinə zərbə endirib

Agah.az xəbər verir ki, Tehrana mümkün yeni hücum dalğası ilə bağlı xəbərlərin fonunda İsrail Müdafiə Ordusu Livanın cənubunda yerləşən Hola şəhəri yaxınlığında hərbi əməliyyat həyata keçirib.

İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, əməliyyatın əsas hədəfi radikal “Hizbullah” təşkilatının silahlı qanadının üzvünü zərərsizləşdirmək olub. Əməliyyatın dəqiq nəticələri barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, son günlər İsrailin həm İran, həm də Livan istiqamətində hərbi fəallığı artıb. Bu isə regionda gərginliyin daha da yüksəlməsinə səbəb olub.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: