Qazaxda maskalı şəxsin basqını nəticəsində 3 nəfər xəsarət alıb

Agah.az xəbər verir ki, Qazax rayonunun Qazaxbəyli kəndində axşam saatlarında baş verən ev basqını nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.
Məlumata görə, maskalı şəxs və ya şəxslər mənzilə daxil olaraq ev sahibi, 1979-cu il təvəllüdlü Emin Yusif oğlu Allahverdiyevə məxsus toy məclisindən toplanan pulları ələ keçirməyə cəhd edib. Qarət zamanı ev sahibi bıçaqlanıb, onun həyat yoldaşı və övladı da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.