Pakistan İranla sərhədini bağladı

Pakistan İranla sərhədini bağladı

Agah.az xəbər verir ki, Pakistan Yaxın Şərqdə artan gərginliklə əlaqədar təhlükəsizlik məqsədilə İranla sərhədini qeyri-müəyyən müddətə bağlayıb. Bu barədə ölkənin yerli KİV-ləri hökumət rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, sərhədin bağlanması qərarı İsrailin son dövrlər regionda həyata keçirdiyi hücumlar fonunda yaranan qeyri-sabit vəziyyət səbəbindən verilib. İranla 905 kilometrlik sərhədi olan Pakistan artıq bazar günündən etibarən sərhəd məntəqələrinin bağlanmasına başlayıb.

Məlumata görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ötən gün 450 pakistanlı zəvvarın İrandan təxliyə edildiyini bildirib. Həmçinin, İranda təhsil alan 150-dən çox pakistanlı tələbənin “Taftan” sərhəd keçid məntəqəsi vasitəsilə ölkəyə qayıdacağı qeyd olunub.

Paylaş, agah et!