Saatlıda üç kəndin qaz təchizatı müvəqqəti dayandırılacaq

Saatlıda üç kəndin qaz təchizatı müvəqqəti dayandırılacaq

Agah.az xəbər verir ki, iyunun 17-də Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərində təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, bu məhdudiyyət diametri 200 mm olan “Dədə Qorqud kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə aparılacaq sınaq işləri ilə əlaqədardır.

İşlər həmin gün saat 10:00-da başlayacaq və yekunlaşanadək ümumilikdə 948 abonentə qaz verilişi dayandırılacaq. Qazın verilişi aparılan texniki işlərin müddətinə uyğun olaraq bərpa olunacaq.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: