Bərdə-Tərtər yolunda iki avtomobil toqquşdu: dörd nəfər xəsarət alıb

Agah.az xəbər verir ki, Bərdə-Tərtər avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb. Qəza “KİA” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə baş verib.
Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı ağaclara və elektrik xəttinə çırpılıb. Nəticədə “Mercedes”də olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.