İrandan 41 Azərbaycan vətəndaşı təxliyə edilib

Agah.az xəbər verir ki, İrandakı gərgin vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə təxliyə tədbirləri həyata keçirib. Bu barədə Nazirliyin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi, Təbriz şəhərindəki Baş Konsulluğu və İsraildəki səfirlik vasitəsilə qaynar xəttlərə daxil olan müraciətlər operativ şəkildə dəyərləndirilib və zəruri tədbirlər görülüb.
Bu çərçivədə, ilkin mərhələdə səfirlik əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Rəsmi qurumlar və diplomatik nümayəndəliklər təxliyə və yardım tədbirlərini davam etdirir.