Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı və Abşeronda su verilişində fasilə yaranacaq

Agah.az xəbər verir ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, qəza-bərpa işləri başa çatdıqdan sonra iyunun 20-dən etibarən əhaliyə suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.