İranın hücumu nəticəsində İsraildə yaralı sayı 287 nəfərə çatıb

Agah.az xəbər verir ki, İranın İsrailə qarşı həyata keçirdiyi hücum nəticəsində bu gecə xəstəxanalara yerləşdirilən yaralıların sayı 287 nəfərə yüksəlib. Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, 14 nəfərin durumu isə orta ağır qiymətləndirilir. Digərlərinin səhhətinin stabil olduğu bildirilib.