Bəzi çaylarda sululuq artıb – Hidrometeoroloji xidmət açıqladı

Bəzi çaylarda sululuq artıb – Hidrometeoroloji xidmət açıqladı

Agah.az xəbər verir ki, iyunun 16-sı saat 09:00-a olan məlumata əsasən, bəzi çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz bölgəsində yerləşən Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzurdan axan Zabuxçay-Bozluda isə 9 sm səviyyə artımı müşahidə edilib.

Transsərhəd çaylarda da artım qeydə alınıb. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artaraq su sərfi 321 kubmetr/saniyə təşkil edib ki, bu da normanın 54 faizi qədərdir. Qanıx çayının Cəlayir məntəqəsində isə 32 sm artım qeydə alınıb və burada su sərfi 172 kubmetr/saniyə olmaqla normanı 102 faiz üstələyib.

Paylaş, agah et!