Ərdoğan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etdi

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı bu münasibətlə sosial şəbəkə hesabında paylaşım edib.
“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – Ərdoğan bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik etmişdi.