Bakıda dəhşətli qəza: 3 nəfər həyatını itirdi

Bakıda dəhşətli qəza: 3 nəfər həyatını itirdi

Agah.az xəbər verir ki, Bakının Böyükşor gölü yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin verdiyi ilkin məlumata görə, “Shacman” markalı yük avtomobili ilə “Volkswagen” markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfərin həyatını itirdiyi təsdiqlənib.

Qəza yerinə dərhal polis əməkdaşlarıtəcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatlarda toqquşma nəticəsində ölən və yaralananların olduğu bildirilmişdi.

Araşdırmalar davam edir.

Paylaş, agah et!