Naxçıvanda şəhidin evi yanıb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaracuq kəndində şəhid Sahil Məmmədovun ailəsinin yaşadığı ev yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Hadisə zamanı şəhidin evi tam olaraq yanıb və yararsız hala düşüb.

Şəhidin atası Rasim Məmmədov deyir ki, yanğın baş verən zaman bütün ailə üzvləri evdə olublar. Xoşbəxtlikdən evdə olanların heç biri xəsarət almayıb. Eyni zamanda, şəhid Sahil Məmmədova aid əşyaların bəziləri də hadisə zamanı yanıb.

Hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın dərhal söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 312 kvadratmetr olan birmərtəbəli 6 otaqlı fərdi yaşayış evinin və həyətdə tikilmiş ümumi sahəsi 32 kvadratmetr olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Aparılan ilkin araşdırma zamanı evin qısaqapanmadan yandığı bildirilir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)