Xəzər Universitetində bıçaqlanma: 20 yaşlı tələbə xəstəxanalıq oldu

Xəzər Universitetində bıçaqlanma: 20 yaşlı tələbə xəstəxanalıq oldu

Agah.az xəbər verir ki, Xəzər Universitetində tələbələr arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib. Belə ki, tələbələrdən biri digərini bıçaqlayıb.

Hadisə mayın 29-da Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən F.Əliyev adlı həmyaşıd polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralı tələbə təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb və hazırda müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!