Astarada qadın sahibkarın sevgi qalmaqalı: sevgilisinin arvadı və qızını döydü

Astarada qadın sahibkarın sevgi qalmaqalı: sevgilisinin arvadı və qızını döydü

Agah.az xəbər verir ki, Astarada sevgi münasibətləri zəminində ciddi insident yaşanıb. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vəfa adlı qadın, sevgilisi olduğu iddia edilən evli kişini – Rəfail Əliyevi evdə tapmasa da, onun həyat yoldaşı Tarifə Əliyeva və qızına fiziki xəsarət yetirib.

Hadisə Maşxan kəndində qeydə alınıb. Məlumata görə, bir müddət əvvəl Tarifə Əliyeva əri Rəfail Əliyevlə birlikdə “Astara Mall” ticarət mərkəzində alış-veriş edərkən oradakı satıcıların arasında Vəfa ilə bağlı söylənilən sözlərdən şübhələnib. Onun həyat yoldaşına “Vəfanı saxlayan oğlan gəldi” deyilməsi mübahisəyə səbəb olub. Tarifə Əliyeva Vəfanı söyüb, lakin həmin an Vəfa mağazada olmayıb.

Hadisədən sonra Vəfa adlı qadın içkili halda avtomobili ilə Rəfailin evinə gedib, zəng vuraraq onunla görüşmək istədiyini bildirib. Rəfail evdə olmadığını desə də, Vəfa evə girərək həyat yoldaşı Tarifəni və qızını döyüb. Əraziyə gələn qonşular və tanışlar qadını evdən çıxarıblar.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Vəfa adlı qadın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb.

Paylaş, agah et!