Emin Ağalarov hər konsertdən milyonlarla rubl gəlir əldə edir

Emin Ağalarov hər konsertdən milyonlarla rubl gəlir əldə edir

Agah.az Lent.az-a istinadən xəbər verir ki, məşhur müğənni və iş adamı Emin Ağalarov hər konsert çıxışından orta hesabla 7 milyon rubl gəlir əldə edir.

Bu barədə prodüser Sergey Dvortsov “Passion” portalına verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Emin Ağalarovun gəlirləri təkcə səhnə fəaliyyətindən ibarət deyil:

“Amma təbii ki, o, estradadan çox biznesdən qazanır. O, kifayət qədər yaxşı, nüfuzlu iş adamıdır, uğurludur. Ona görə də, necə deyərlər, ona pul lazım deyil”, – deyə Dvortsov qeyd edib.

Qeyd edək ki, Emin Ağalarov Rusiyada və Azərbaycanda həm musiqi, həm də biznes sahəsində uğurlu simalardan biri kimi tanınır. O, bir sıra böyük layihələrin sahibidir və öz brendini qlobal səviyyədə inkişaf etdirməkdə davam edir.

Paylaş, agah et!