Bakıda dilənçinin bir günlük qazancı təəccübləndirdi – Ciblər pul ilə dolub daşır!

Bakıda dilənçinin bir günlük qazancı təəccübləndirdi – Ciblər pul ilə dolub daşır!

Agah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir video Bakıda dilənçiliklə məşğul olan gəncin birgünlük qazancını əks etdirərək geniş müzakirələrə səbəb olub.

Görüntülərdə gənc dilənçi gündəlik yığdığı pulları nümayiş etdirir. Videodan görünür ki, ciblərindəki pulları saymaqla bitmir – bu isə izləyicilərdə təəccüb doğurub. Görüntülər “dilənçilik həqiqətən gəlirli peşədir?” sualını bir daha gündəmə gətirib.

Sözügedən video həm ictimai qınaq, həm də sosial problemə işıq tutması baxımından diqqət çəkir. Bir çox istifadəçi bu vəziyyətin çalışan insanlarla müqayisədə qeyri-ədalətli qazanc imkanları yaratdığına işarə edib.

Hazırda video sosial şəbəkələrdə geniş şəkildə paylaşılır və ciddi reaksiyalar doğurur. Bəzi vətəndaşlar isə bunun ictimai qınaqla yanaşı hüquqi tənzimlənməyə də ehtiyac olduğunu vurğulayırlar.

Paylaş, agah et!