Trampın kriptovalyutası 324.5 milyon dollar gəlir gətirib

Trampın kriptovalyutası 324.5 milyon dollar gəlir gətirib

Agah.az xəbər verir ki, ABŞ-ın sabiq Prezidenti Donald Trampın adı ilə buraxılan $TRUMP adlı kriptovalyuta layihəsi ciddi maliyyə uğuru qazanıb. “Newsmax” telekanalının məlumatına görə, tokenin ticarət komissiyalarından əldə olunan ümumi gəlir 2024-cü ilin yanvar ayından bəri 324.5 milyon dolları keçib.

Son iki gün ərzində layihənin gəliri 900 min dollara yaxın olub. Bu artım əsasən layihə çərçivəsində açıqlanan yeni təşəbbüslə əlaqələndirilir. Belə ki, ən çox $TRUMP tokeninə sahib olan 200 investor Donald Trampla eksklüziv şam yeməyinə dəvət olunacaq. Ən çox token sahibi olan 25 nəfər isə VIP status əldə edərək, Trampın iştirakı ilə xüsusi görüş və Ağ Evə şəxsi tur imkanına malik olacaq.

Bütün bu elanlar fonunda $TRUMP tokeninin bazar dəyəri rekord həddə yüksələrək 2.7 milyard dollara çatıb. Bu, Trampın siyasətdən kənar sektorda – xüsusilə kriptovalyuta bazarında – təsir gücünü və maliyyə çevikliyini bir daha nümayiş etdirib.

Paylaş, agah et!