Bakıda minik avtomobili piyadanı vurub

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün axşam saatlarında Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində avtomobil piyadanı vurub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.

“Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq, bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər. Belə olduqda da, təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları piyada keçidlərindən istifadə etməyə çağırır”, – deyə Mərkəzdən bildirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)