Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? – Rəsmi AÇIQLAMA

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

Bu barədə “Trend”ə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O bildirib ki, istilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu, yalnız qeyri-əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

Noyabrın 1-dən isə istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq.

Həmin rayonlar aşağıdakılardır:

1. Daşkəsən

2. Gədəbəy

3. Xaçmaz

4. Kəlbəcər

5. Qəbələ

6. Quba

7. Qusar

8. Laçın

9. Lerik

10. Şamaxı

11. Siyəzən

12. Şabran

13. Şuşa

14. Yardımlı.

E.Basqallı qeyd edib ki, bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.

Qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib. Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45