Dövlət Məşğulluq Agentliyi investisiya şirkəti seçib

Dostuna göndər xəbərdən agah olsun:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi nazirliyin digər qurumu – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 14 milyon manat sərbəst vəsaitinin 1 il müddətinə investisiyaya yönəldilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Qalib şirkətə 500 manat ödəniləcək.

Bu gün sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə nazirliyin yaratdığı İnvestisiya Şurasının növbəti iclası keçirilib. İclasda ölkə Prezidentinin bu ilin aprel ayında imzaladığı qanunvericilik aktları ilə DSMF-nin sərbəst vəsaitini (Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) investisiyaya yönəltmək imkanına malik olmasının önəmi vurğulanıb. Bu addımın Fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasında əhəmiyyəti, həmin investisiya gəlirlərindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsində, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

İclasda ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub, bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)