Cəlilabadda iki maşın toqquşub, xəsarət alanlar var – FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Agah.az APA-ya isinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.
“VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
QALEREYA