Atasının meyitini maşında gəzdirən tutuldu
Tümen vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin baqajında kişi meyiti ilə gəzən iki yeniyetməni saxlayıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 54 yaşlı kişinin boyun nahiyəsində iki güllə deşiyi olan meyiti onun qardaşı oğlu tərəfindən Moskovski kəndindəki evlərdən birində tapılıb. Gənc bu barədə dərhal polisə məlumat verib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər meyit artıq naməlum şəxslər tərəfindən götürülüb.
Bir müddət sonra polis qətlə yetirilən şəxsin oğlu da daxil olmaqla, 14 və 16 yaşlı iki məktəblinin olduğu avtomobili saxlayıb. Maşında yeniyetmələrlə yanaşı, həmin kişinin meyiti də olub.
Yeniyetmələr və mərhumun həyat yoldaşı saxlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirirlər.
(055) 436-46-45