Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atıblar

Sumqayıtda zibil qabından meyit tapılıb.
Agah.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.