Təl-Əvivdə bina raket hücumu nəticəsində uçub

Dostuna göndər xəbərdən agah olsun:

“HƏMAS”ın İsrailin Təl-Əviv şəhərinə etdiyi raket hücumu nəticəsində bir bina uçub.

AGAH.AZ  xəbər verir ki, bu barədə “Haaretz” nəşri İsrail Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki yaralı binanın dağıntıları altından çıxarılıb.

Məlumata görə, hazırda binada axtarış-xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1 452 nəfər xəsarət alıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)