İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi

Dostuna göndər xəbərdən agah olsun:

İsrailin müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqi barədə göstəriş verib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“İsrail müdafiə strukturlarının rəhbərliyi ilə birgə vəziyyəti qiymətləndirdikdən sonra müdafiə naziri Yoav Qalant Qəzza zolağından 80 km radiusda İsrailin cəbhəarxası hissəsində “xüsusi təhlükəsizlik vəziyyəti” elan edib”, – deyə məlumatda bildirilir.

“Bu status İsrail müdafiə qüvvələrinə vətəndaşlara təhlükəsizlik təlimatı verməyə və lazımi obyektləri bağlamağa imkan verir”, – deyə nazirlik əlavə edib.

Qəzza zolağından 80 km-ə qədər radiusda olan ərazi, ölkənin Qəzza zolağına bilavasitə bitişik olan cənub bölgələrindən əlavə, İsrailin mərkəzi hissəsini, Təl-Əviv və onun ətrafı, eləcə də Qüds və Negev səhrasının ərazisi, o cümlədən Beer-Şeva şəhərini əhatə edir.

“İsrail müdafiə qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüat bundan sonra veriləcək”, – deyə məlumatda qeyd edilib./oxu.az

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)