Quba-Xaçmaz yolunda avtoqəza olub, yaralılar var

Quba-Xaçmaz yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Aleksiyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Quba-Xaçmaz yolu bağlanıb, yolda uzun tıxac yaranıb.

İlkin məlumata görə, iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!