Azərbaycan və Gürcüstan liderləri strateji əməkdaşlığı müzakirə ediblər

Agah.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq formatlarda uğurla davam edən münasibətlər müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə regional layihələrin inkişaf etdirilməsi və xüsusilə Orta Dəhlizin yükdaşıma imkanlarının artırılması istiqamətində görüləcək işlərə dair fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının əhəmiyyəti vurğulanıb.
Prezident Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.