Aprelin 16-da güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib

Agah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 16-da gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar ölkə üzrə müxtəlif səviyyəli – sarı, narıncı və qırmızı xəbərdarlıqlar yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 28.5 m/san-dən çox olacaq. Bu, ən yüksək təhlükə səviyyəsi olan qırmızı xəbərdarlıqla müşayiət olunur.
Narıncı xəbərdarlıq verilən bölgələrə Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsən daxildir. Bu ərazilərdə küləyin sürəti 20.8-28.4 m/san olacaq.
Sarı xəbərdarlıq isə Naxçıvan MR və 30-dan çox digər rayonu əhatə edir. Bu bölgələrdə küləyin sürəti 13.9-20.7 m/san arasında dəyişəcək.
Qeyd edək ki, güclü küləkli hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olmaq tövsiyə olunur.