Ötən il təhsil müəssisələrində 4 743 monitorinq keçirilib – 36 direktor işdən azad olunub

Agah.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4 743 monitorinq həyata keçirib.
Aparılan monitorinqlər nəticəsində 36 məktəb direktoru vəzifəsindən azad olunub, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət, 34 məktəb rəhbərinə isə xəbərdarlıq elan edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və həmin təhsil müəssisələri nəzarətə götürülüb. Agentlikdən bildirilib ki, monitorinqlər bu həftə də davam etdiriləcək.