“Azərişıq” sədri Neftçala və Salyan sakinləri ilə görüş keçirib

“Azərişıq” sədri Neftçala və Salyan sakinləri ilə görüş keçirib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bu gün Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüş keçirib.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan vətəndaş müraciətləri dinlənilib, bir sıra məsələlərin yerindəcə həlli üçün tədbirlər görülüb. Araşdırma tələb edən müraciətlər isə yazılı şəkildə qeydə alınıb və aidiyyəti şöbələrin icraatına yönləndirilib.

“Azərişıq” ASC ölkə üzrə bütün regionlarda abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin enerji itkilərinin azaldılması məqsədilə mütəmadi yenidənqurma və maarifləndirmə tədbirlərini davam etdirir.

Dostuna göndər xəbərdən agah olsun: