Ölkə ərazisində yağıntılı hava davam edir: bəzi bölgələrdə qar yağıb

Ölkə ərazisində yağıntılı hava davam edir: bəzi bölgələrdə qar yağıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ölkə üzrə yağıntılı hava şəraiti davam etməkdədir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin 15 aprel saat 16:00-a olan operativ məlumatında qeyd olunub.

Məlumata əsasən, bəzi bölgələrdə yağıntının miqdarı aylıq normanın böyük hissəsini təşkil edib. Belə ki, Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (44%), Zərdabda 21 mm (68%), Qubada 20 mm (42%), Göyçayda 19 mm (39%), Kürdəmirdə 17 mm (49%), Oğuzda 16 mm, Ağstafada 15 mm (40%), Tovuzda 14 mm (37%), Sabirabadda 14 mm (44%), Şabranda 13 mm (45%), Xaltanda 17 mm (25%), Gəncədə və Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam və Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən və Neftçalada 2 mm yağıntı qeydə alınıb.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlı rayonlarında da leysan xarakterli yağış müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 8 mm-dək (aylıq normanın 33%-i) təşkil edib.

Qar isə Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçın dağlıq ərazilərində yağıb.

Hazırda şimal-qərb küləyi əsir, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 25 m/s-ə çatıb. Dənizdə isə dalğanın hündürlüyü 2.4 metrə qədərdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvanda və Aran rayonlarında 12, dağlıq ərazilərdə isə 6 dərəcəyədək isti müşahidə olunub.

Dostuna göndər xəbərdən agah olsun: