Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Agah.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqları qaldırılıb və ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.