Hesablama Palatası: 2025-ci ildə də əsas maliyyə pozuntuları büdcə və satınalmalarla bağlı olacaq

Hesablama Palatası: 2025-ci ildə də əsas maliyyə pozuntuları büdcə və satınalmalarla bağlı olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2025-ci ildə də maliyyə sahəsində aşkar olunacaq əsas nöqsanların büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlı olacağı gözlənilir. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun 2024-cü il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də pozuntuların böyük əksəriyyəti büdcə və dövlət satınalmaları qanunvericiliyindəki boşluqlarla əlaqədardır:
“Bu mənada ən vacib məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın ciddi şəkildə dəyişdirilməsinə və yenilənməsinə ehtiyacın olmasıdır. Eyni zamanda, fiskal intizam və məsuliyyət sahəsində problemlər də hüquqi tənzimləmə boşluqlarından qaynaqlanır. Mövcud, köhnə hüquqi baza bugünkü fəaliyyətin tam tənzimlənməsini təmin etmir”.

Dostuna göndər xəbərdən agah olsun: