Ağdamda doğuş zamanı kliniki ölüm keçirən gənc qadın xilas edilib, lakin döl tələf olub

Ağdamda doğuş zamanı kliniki ölüm keçirən gənc qadın xilas edilib, lakin döl tələf olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ağdam rayonunda doğuş zamanı 21 yaşlı qadın kliniki ölüm vəziyyətinə düşüb. Hadisə Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verib.

2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının doğuş üçün əməliyyat otağına yerləşdirildiyi zaman vəziyyəti qəfil pisləşib və ilkin müayinəyə əsasən həyat əlamətləri müşahidə olunmayıb. Lakin həkimlərin çevik müdaxiləsi nəticəsində F.Yusifovanın ürək fəaliyyəti bərpa olunub və o, həyata qaytarılıb.

Təəssüf ki, qadının bətnindəki körpə xilas edilə bilməyib və döl tələf olub. Hazırda F.Yusifovanın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: