Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Agah.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bu ayın 22-də paytaxtın Sabunçu rayonunda vətəndaşların qəbulunu keçirəcək. Qəbul saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qəbulda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, həmçinin prokurorluq orqanlarının fəaliyyətinə dair konkret müraciət və ya şikayətləri olan şəxslər iştirak edə bilərlər.
Vətəndaşlar qəbul üçün Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi formada müraciət edə, həmçinin Baş Prokurorluğun (012) 361-14-07 və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı və sosial şəbəkə hesabları vasitəsilə də adlarını qeydiyyata aldıra bilərlər.