Bakıda 54 min manatlıq naqil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda 54 min manatlıq naqil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakının Xəzər rayonu Binə qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı dörd nəfər saxlanılıb. Onların 54 min manat dəyərində naqil oğurlamaqda şübhəli bilindiyi bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları təhlil edilib və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər müəyyən edilərək tutulublar.

Araşdırma zamanı məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər – 22 yaşlı Asif Pirimov, 24 yaşlı Kənan Cəfərov, 23 yaşlı İbrahim Nuriyev və 18 yaşlı Mirəhəd Əliyev əvvəllər də məhkum olunublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: