Bir il əvvəl də oğlunu itirmişdi – Atası şəhid, əmisi Milli Qəhrəman imiş

Bir il əvvəl də oğlunu itirmişdi – Atası şəhid, əmisi Milli Qəhrəman imiş
Dostuna göndər xəbərdən agah olsun:

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı Kəlbəcərdə avtomobil qəzasına düşərək həlak olub.

“Qafqazinfo” həlak olan hərbi qulluqçumuzla bağlı bir sıra məlumatları əldə edib.

Belə ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev isə 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Məlumata görə, İlahə Şahverdiyevanın bir il öncə cavan oğlu vəfat edib.

Qeyd edək ki, şəhid Rəsul Şahverdiyev 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Bir il əvvəl də oğlunu itirmişdi - Atası şəhid, əmisi Milli Qəhrəman imişBir il əvvəl də oğlunu itirmişdi - Atası şəhid, əmisi Milli Qəhrəman imişBir il əvvəl də oğlunu itirmişdi - Atası şəhid, əmisi Milli Qəhrəman imiş

Dostuna göndər xəbərdən agah olsun: