Suriyanın Moskvadakı səfiri Rusiyadan sığınacaq istəyib

Suriyanın Moskvadakı səfiri Rusiyadan sığınacaq istəyib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri Rusiyadan siyasi sığınacaq istəyib. Bu barədə adı açıqlanmayan mənbə TASS agentliyinə məlumat verib.

Mənbənin sözlərinə görə, səfirin sığınacaq istəməsi onun vəzifədən geri çağırılması ilə əlaqələndirilir. Qeyd edək ki, bir müddət əvvəl Cəfərinin Dəməşqə geri çağırıldığı və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi barədə məlumatlar yayılmışdı.

Rəsmi mənbələr tərəfindən məsələyə hələlik rəsmi açıqlama verilməyib.

Dostuna göndər xəbərdən agah olsun: