SOCAR “Azneft” üzrə təhlükəsizlik tədbirlərini gücləndirib

Agah.az xəbər verir ki, ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli və qeyri-sabit keçməsi ilə bağlı olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin bütün istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
SOCAR-dan bildirilib ki, əmək normaları çərçivəsində işçilərin sağlamlığının qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılır və hava şəraiti ilə bağlı mövcud vəziyyət daim nəzarətdə saxlanılır.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, şimşək çaxacağı, leysan xarakterli və güclü küləklə müşayiət olunacağı gözlənilir. Aprelin 16-da isə yağışların intensiv və aramsız olacağı, bəzi ərazilərdə subasma hallarının baş verə biləcəyi ehtimal edilir.