Gəncədə qida zəhərlənməsi halları artır – araşdırma aparılır

Agah.az xəbər verir ki, Gəncə şəhərində qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı artıb. Son məlumata görə, 2005-ci il təvəllüdlü F.Cabbarov da eyni diaqnozla tibb müəssisəsinə yerləşdirilib.
Bundan əvvəl 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı bir oğlan uşağı da zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılmışdı.
İlkin məlumatlara əsasən, zəhərlənmə halları şəhərdə yerləşən restoranlardan birində qəbul edilən yeməklə – ehtimal ki, dönərlə bağlıdır. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisənin səbəbləri araşdırılır. Qida zəhərlənməsinin dəqiq səbəbi və digər təfərrüatlar araşdırmaların nəticəsində məlum olacaq.