Bakıda və bölgələrdə güclü küləklə bağlı xəbərdarlıq edildi

Agah.az xəbər verir ki, sabah Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə güclü küləkli hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidməti bu səbəbdən sarı və narıncı kateqoriyalı xəbərdarlıq yayıb.
Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlı rayonlarında qərb küləkləri əsəcək. Bu ərazilərdə küləyin sürətinin 13.9–20.7 m/san arasında dəyişəcəyi gözlənilir.
Bakıda, Abşeron yarımadasında, eləcə də Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında isə şimal-qərb küləkləri əsəcək və sürəti 20.8–28.4 m/san-dək güclənəcək.