Bakıda “uçan taksi” qəzasının sürücüsü danışdı: “Qıcolma tutdu, bərk qaza basdım”

Bakıda “uçan taksi” qəzasının sürücüsü danışdı: “Qıcolma tutdu, bərk qaza basdım”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda “Bolt” taksi şirkəti ilə çalışan BYD markalı avtomobillə baş verən və sosial şəbəkələrdə “uçan taksi” adı ilə yayılan qəzanın sürücüsü ilk dəfə açıqlama verib.

Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov avtomobilin idarəetməsini itirərək Heydər Əliyev prospektində hərəkətdə olan “Ford” markalı nəqliyyat vasitəsinə çırpılmışdı. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Sürücünün oğlu atasının vəziyyəti ilə bağlı videonu şəxsi sosial şəbəkə hesabında yayımlayıb. Videoda Anar Nəcəfov bildirib ki, qəza zamanı onun səhhətində problem yaranıb:

“Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım. Narkoloji testdən də keçmişəm.”

O, eyni zamanda sosial mediada yayılan “ona yeni avtomobil hədiyyə edilməsi və 90 min manat pul toplanması” barədə iddialara da münasibət bildirib:

“Cəmi 3-4 min manat yığılıb. Heç bir maşın da hədiyyə olunmayıb. Yalan söhbətdir.”

Qeyd edək ki, hadisə zamanı ciddi xəsarət alan olmayıb, lakin qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

VİDEONU İZLƏ

Açar sözlər: Bakıda qəza, Bolt taksi qəzası, Anar Nəcəfov, uçan taksi hadisəsi, BYD qəzası, Heydər Əliyev prospektində qəza, taksi sürücüsünün açıqlaması, qıcolma səbəbi ilə qəza, avtomobil hədiyyəsi xəbəri
Açar cümlələr: Bakıda uçan taksi sürücüsü danışdı, Bolt taksi qəzasında sürücü açıqlama verdi, Anar Nəcəfov qəzaya görə səbəb göstərdi, qıcolma səbəbindən qəza baş verdi, maşın hədiyyəsi xəbərləri təkzib olundu

Dostuna göndər xəbərdən agah olsun: