Bakı bulvarında bir nəfər dənizə düşdü – ərazi müvəqqəti bağlandı

Agah.az xəbər verir ki, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizə düşməsi səbəbilə əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, “112” qaynar xəttinə daxil olan ilkin məlumata əsasən, hadisə bu gün paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda hadisə yerində axtarış–xilasetmə işləri davam etdirilir. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcəyi qeyd olunub.