Bakıda “Hauji” markalı motosiklet qaçırıldı – Şübhəli şəxs saxlanıldı

Bakıda “Hauji” markalı motosiklet qaçırıldı – Şübhəli şəxs saxlanıldı

Agah.az xəbər verir ki, Bakının Nizami rayonu ərazisində motosiklet oğurluğu hadisəsi baş verib.

Belə ki, Q.Qarayev küçəsində bir nəfərin “Hauji” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırılması ilə bağlı polisə müraciət edilib.

Məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs – əvvəllər məhkum olunmuş 34 yaşlı S.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər: motosiklet qaçırılması, Hauji markalı motosiklet, Nizami rayonu oğurluq, motosiklet oğurluğu Bakıda, S.Abdullayev saxlanıldı, motor oğurluğu, polis əməliyyatı, Bakıda motosiklet hadisəsi

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: