Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the covernews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in H:\root\home\agah100-001\www\agah\wp-includes\functions.php on line 6121
Əməliyyat zamanı canlı yayım edən həkimlərə XƏBƏRDARLIQ

Əməliyyat zamanı canlı yayım edən həkimlərə XƏBƏRDARLIQ

Əməliyyat zamanı canlı yayım edən həkimlərə XƏBƏRDARLIQ
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, əməliyyat zamanı çəkiliş və canlı yayım edən həkimlərə qarşı ciddi xəbərdarlıq edilib. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Mərkəzin açıqlamasına əsasən, əhalinin sağlamlığına təhlükə yaradacaq hallar aşkarlandıqda məsələ hərtərəfli araşdırılır və qanun pozuntuları müəyyən edilərsə, plandankənar yoxlamalar keçirilir.

Qaydalarla bildirilib ki, əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədilə və sanitar-gigiyenik normalara tam uyğun olaraq aparıla bilər. Yalnız xüsusi sterillik tələblərinə uyğun texniki avadanlıqlardan istifadə edilməsinə icazə verilir. Digər vasitələrlə çəkilişlər infeksiyanın yayılması riskini artırır və gigiyena qaydalarını pozur.

Həkimlərin media çıxışları, forumlardakı iştirakları və maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, reklam və özünüreklam məqsədi daşımamalıdır. Məlumatda vurğulanır ki, həkimlər vəzifəsindən digər hüquqi və fiziki şəxslərin maraqlarını təbliğ etmək üçün istifadə etməməlidirlər.

Qanunvericiliyə əsasən, bu tələbləri pozan və reklam xarakterli fəaliyyət göstərən şəxslər cərimələnə bilər. Belə ki, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, müvafiq qaydalara əməl etməyən vəzifəli şəxslər 300–500 manat, hüquqi şəxslər isə 1000–2000 manat məbləğində cərimələnə bilər.

Açar sözlər: əməliyyat zamanı çəkiliş, canlı yayım qadağası, həkimlərə xəbərdarlıq, Səhiyyə Nazirliyi, Analitik

Dostuna göndər xəbərdən agah olsun: