Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the covernews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in H:\root\home\agah100-001\www\agah\wp-includes\functions.php on line 6121
Xəzərdə güclü küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ – Dalğalar 6 metrə çata bilər

Xəzərdə güclü küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ – Dalğalar 6 metrə çata bilər

Xəzərdə güclü küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ – Dalğalar 6 metrə çata bilər
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Məlumata görə, aprelin 15-dən başlayaraq Xəzər Dəniz Akvatoriyasında şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləkli hava şəraitinin aprelin 17-si gündüz saatlarınadək davam edəcəyi bildirilib.

Proqnoza əsasən, küləyin sürəti 18-23 m/san, bəzi hallarda isə 25-30 m/san-dək artacaq. Eyni zamanda, dənizdə dalğaların hündürlüyü ilkin mərhələdə 2.0-3.0 metr təşkil edəcək, daha sonra isə 4.0-6.0 metrə qədər yüksələcəyi ehtimal olunur.

Qeyd olunan səbəbdən Mərkəz dəniz nəqliyyatı ilə hərəkət edənlərə ehtiyatlı olmalarını və xəbərdarlıq qaydalarına əməl etmələrini tövsiyə edir.

Açar sözlər: Xəzər dənizi, küləkli hava, gəmi hərəkəti xəbərdarlığı, Dövlət Dəniz və Liman Agentliyi, dalğalı dəniz, 6 metr dalğa, DDLA xəbərdarlığı, dənizdə təhlükəli hava.

Dostuna göndər xəbərdən agah olsun: