ABU-nun keçmiş rektoru Elşad Abdullayev istintaqa çağırılıb

Agah.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumata əsasən, Elşad Abdullayev 5 may 2025-ci il tarixində saat 10:00-da şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən İstintaq İdarəsinin inzibati binasında olmalıdır.
Qeyd edilib ki, 1 sentyabr 2024-cü il tarixində Elşad Abdullayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib. Lakin onun ölkə hüdudlarından kənarda olması səbəbindən bu ittihamlar hələlik elan olunmayıb.