Aeroport şosesində qəza: Mərdəkan istiqamətində tıxac yaranıb

Agah.az xəbər verir ki, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində sürücülərin hadisə yerinə baxmaq məqsədilə hərəkət sürətini azaltması Mərdəkan şosesi istiqamətində nəqliyyat sıxlığına səbəb olub.
Hazırda sıxlığın aradan qaldırılması üçün əraziyə cəlb olunmuş polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.