Bakıda 61 sürücü qanunsuz taksi fəaliyyətinə görə cərimələndi

Agah.az xəbər verir ki, Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib və inzibati protokollar tərtib olunub.
Sürücülərə bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti yalnız müvafiq icazə əsasında həyata keçirilməlidir.