Pakistanda 5 bal gücündə zəlzələ baş verib

Pakistanda 5 bal gücündə zəlzələ baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Pakistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 85,4 min əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə, ocağı isə 39 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

Dostuna göndər xəbərdən agah olsun: